Dekabrın 1-də prezidenti İlham Əliyevin Azərbaycanda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir.
“Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur”.
Azərbaycan prezidenti ikitərəfli iqtisadi fəaliyyət sahəsində sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər verdiyini bildirib.
Prezident Məhəmməd Əşrəf Qani Azərbaycan xalqına Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
“NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız”, o qeyd edib.
Prezident Qani iki ölkə arasında yaxşı gələcəyi olan əlaqələrin qurulduğunu deyib.
“Əvvəlcə, sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda “ASAN xidmət”i ölkəmizdə həyata keçirir”, dövlət başçısı bildirib.
Görüşlərin yekunu olaraq iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, təhsil sahəsində əməkdaşlıq haqqında, təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində, hava xidmətləri haqqında sazişlər imzalanıb.