Accessibility links

Dövlət itthamçısı Qiyas İbrahimova və atasına 6 ay həbs istəyib


 Qiyas İbrahimova və atasına 6 ay həbs istənilib
Qiyas İbrahimova və atasına 6 ay həbs istənilib

Ata və oğul Cinayət Məcəlləsinin hakimə hörmətsizlik maddəsi ilə ittiham olunur

Dekabrın 6-da Bakının Yasamal Rayon Məhkəməsində məhkəməyə hörmətsizlikdə ittiham olunan gənc fəal Qiyas İbrahimovun və atası Həsən İbrahimovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

İclasda dövlət ittihamçısı çıxış edərək, onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ata və oğul İbrahimovlar Cinayət Məcəlləsinin 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə ittiham olunurlar.

Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə əlaqədar açılıb. Qiyas İbrahimov dövlət ittihamçısının çıxışı zamanı şüşə qəfəsdəki mikrofonu çıxarıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib). Bu, hakimin Qiyasın heç nə eşitmədiyi haqqında çağırışlarına məhəl qoymamasından sonra baş verib.

Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimova qandal taxaraq qüvvə tətbiq ediblər. Fəalın qəzəblənən atası etirazını bildirib, hakimi zorakılığa son qoymağa çağırıb. O, "Gün gələcək, sizin də övladlarınızın başına belə bir şey gələcək", deyə qışqırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

XS
SM
MD
LG