Accessibility links

Apellyasiya Məhkəməsi saytların bloklanması işi üzrə şikayəti təmin etməyib [Video]


Azadlıq radiosu

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan hökumətini tənqid edən bəzi saytların bloklanması ilə bağlı şikayət üzrə iclas keçirilib.

İclasa Abidin Hüseynov sədrlik edib.

Bu il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə müxalifətyönlü İnternet-resursa girişi bloklayıb: azadliq.info ("Azadlıq" qəzeti), azadliq.org ("Azadlıq" radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin "Azərbaycan saatı" və Turan TV videokanalları.

Nazirlik məhkəməyə müraciət edərək həmin saytları "cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda", əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.

Saytların nümayəndələri ittihamları qəbul etməyiblər. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.

Bununla belə, mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib. Cavabdehlər apellyasiya veriblər.

Bugünkü iclas zamanı saytların nümayəndələri hər hansı ayrıca informasiyaya görə saytların bloklanmasının əsassız olduğunu bir daha qeyd ediblər.

Bundan əlavə, saytların hansı müddətə bloklanması ilə bağlı açıqlama verilməsi tələb olunub. Ancaq tələb yerinə yetirilməyib.

Sonda şikayət təmin edilməyib.

Saytların nümayəndələri Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər.

Apellyasiya Məhkəməsi saytların bloklanması işi üzrə şikayəti təmin etməyib
please wait

No media source currently available

0:00 0:03:14 0:00

XS
SM
MD
LG