Ali Məhkəmə fevralın 22-də “Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin kassasiya şikayətinə baxacaq. Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, kassasiya şikayətinə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
“Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırov və digər 17 nəfər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Əməliyyat nəticəsində 70-dən çox insan həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələrlə ittiham olunur.
Taleh Bağırov 20 il, Fuad Qəhrəmanlı 10 il həbsə məhkum edilib.
T.Bağırov və Fuad Qəhrəmanlı ittihamları qəbul etmir.