Yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mərbuat xidmətinin məlumatına görə, görüş Polşanın Krakov şəhərində baş tutacaq.
“Yanvarın 18-də nazir Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək”, mətbuat xidmətinin məlumatında deyilir.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.