Accessibility links

Mühacirlər Berlində etiraz aksiyası keçirib


Berlində aksiya
Berlində aksiya

Fevralın 6-da Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycandan olan bir qrup siyasi mühacir aksiya keçirib.

Meydan TV-nin məlumatına görə, aksiya "Enerji maraqlarına insan haqlarını qurban verməyin!" şüarı altında keçirilib.

Aksiyada “Diktatorlar Avropa üçün təhlükəlidir!", "Siyasi məhbuslara azadlıq!", "Kürü diplomatiyasına yox!", "Prezident seçkilərini boykot!" şüarları səsləndirilib.

Aksiyaya Avropanın müxtəlif şəhərlərindən, əsasən də Almaniyadan olan mühacirlər qatılıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG