Accessibility links

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana gəlir


Vatikan
Vatikan

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) məlumatına görə, Arxiyepiskop Pol Riçard Qallaxerin bu gün, fevralın 9-da gerçəkləşəcək səfəri 4 gün davam edəcək.

Məlumata görə, səfər çərçivəsində Arxiyepiskop P.R.Qallaxer xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşəcək. Onun Fəxri Xiyabanda, Şəhidlər Xiyabanında, Müqəddəs Məryəm Katolik kilsəsində və Təzəpir Məscidində olacağı da gözlənir.

XS
SM
MD
LG