Accessibility links

Taleh Bağırovun cəzası artırılıb


Taleh Bağırov
Taleh Bağırov

Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliiyi ilə "Müsəlman Birliyi" Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırova daha 5 ay həbs cəzası verilib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə bildirib kİ, hökmdən apellyasiya şikayəti veriləcək.

Taleh Bağırov bu dəfə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.

Yeni hökmə əsasən, Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.

Hökmdən əvvəl Taleh Bağırov son söz deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki məhkumların bir çoxu bu cür mini-kartlardan istifadə edirlər. Bunu müəssisə rəhbərliyi də bilir. Həmin kartlarda musiqilər, dini moizələr və s. olur.

İlhaiyyatçı bir daha həbsini siyasi sifariş olduğunu deyib.

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG