Accessibility links

Müsavat Partiyasının başqan müavini polis idarəsinə çağırılıb


Yadigar Sadıqov

Yadigar Sadıqov idarəyə çağrılması sosial şəbəkələrdə yazdığı statuslarla bağlı olub

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov fevralın 19-da Lənkəran Rayon Polis İdarəsinə çağrılıb.

Yadigar Sadıqov idarəyə çağrılması sosial şəbəkələrdə yazdığı statuslarla bağlı olub:

“Polis rəisi İslam Hümbətovla əsasən “Facebook”dakı yazılarımı müzakirə etdik. Xüsusən dünənki "Stalinin ölümü" filminin qadağan olunması və bir neçə gün öncə Lənkəranda Heydər Əliyevin heykəlinin növbəti dəfə təmir olunması barədə statuslarım ətrafında. Qarşılıqlı anlaşma və mədəni çərçivədə davam edən görüşdən sonra hər birimiz öz fikrimizdə qaldıq”.

Onun sözlərinə görə, bu söhbətdən sonra sərbəst buraxılıb. Müsavat Partiyasının başqan müavinin bu açıqlamasına hələlik Lənkəran Şəhər Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Yadigar Sadıqov Lənkəran rayon Məhkəməsinin 2014-cü ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə isəəfv sərəncamı ilə azad edilib.

XS
SM
MD
LG