Accessibility links

Milli Şura Müsavat və REAL-la birgə mitinq keçirmək istəyir


Mitinq
Mitinq

Müsavat Partiyası təklifi müsbət qarşılayıb, REAL isə müzakirə edəcək

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsini zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və Respublikaçı Alternativ (REAL) Hərəkatına müraciət edib.

Bu barədə DQMŞ-nin sədri Cəmil Həsənli facebook səhifəsində yazıb.

Milli Şura hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadə olunmasında mühüm addım olacaq.

O xatırladıb ki, DQMŞ ölkədə seçki kampaniyasının keçirilməsi üçün demokratik atmosferin olmaması, azad mətbuatın sıxışdırılması, 160 siyasi məhbusun olması səbəbindən seçkiləri boykot qərarı verib.

Bundan əlavə, hakimiyyət seçkilərin 6 ay öncədən keçirilməsinin səbəbləri ilə bağlı ağlabatan açıqlama verməyib.

“DQMŞ "növbədənkənar seçkilər" adlı məzhəkədə iştirak etmək niyyətində olmadığını bəyan edir, saxtalaşdırılmlş və qeyri-legitim seçkilərin nəticələrini tanımır”, o qeyd edib.

C.Həsənli Müsavat Partiyası, REAL Hərəkatı və digər ictimai-siyasi təşkilatların seçkilərdə iştirak etməmək və onların nəticələrini tanımamaq barədə qərarlarını alqışlayıb.

DQMŞ müxalifət düşərgəsində bu siyasi məsələ ilə bağlı mövqelərin yaxınlaşmasını yüksək dəyərləndirib.

Müsavat Partiyasının Milli Şuranın birgə ümumxalq mitinqləri keçirmək barədə müraciətinə münasibəti müsbətdir.

“Milli Şuranın müraciətinə müsbət cavab veriləcək”, deyə Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Milli Şuranın müraciətinin REAL-ın İdarə Heyətinin bu günki iclasında müzakirə ediləcəyini bildirib.

“İdarə Heyətində müzakirələrdən sonra, vəkil vasitəsi ilə REAL-ın sədri İlqar Məmmədovla məsləhətləşib cavabımızı elan edəcəyik”, o Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG