Accessibility links

Müxalifət ilk birgə mitinqini martın 10-da Bakı vaxtı ilə saat 15-dən 17-dək Yasamal rayonundakı “Məhsul” stadionunda keçirəcək.

Bu barədə Amerikanın Səsinə Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, martın 1-də mitinqi keçiriləcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə bildiriş göndərilib. Bildirişi Milli Şura, AXCP və Müsavat partiyaları imzalayıb.

Mitinq "Azad seçki!", "Seçki saxtakarlığına yox!", “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcək.

"Milli Şura özünü hakimiyyətə müxalif hesab edən bütün siyasi, ictimai təşkilatları, birlikləri, hərəkatları, ilk növbədə xalqı meydanda görmək istəyir", Cəmil Həsənli qeyd edib.

XS
SM
MD
LG