Accessibility links

Xədicə İsmayılovanın bacısı qızı polisə çağırılıb


Elmira Rəhimova ( Foto Elmira Rəhimovanın Facebook səhifəsindən götürülüb)
Elmira Rəhimova ( Foto Elmira Rəhimovanın Facebook səhifəsindən götürülüb)

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın bacısı qızı Elmira Rəhimova martın 7-də Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılıb. Rəhimova orada bir saatadək sorğu-sual edildikdən sonra azad buraxılıb.

Bu barədə Amerikanın Səsinə Xədicə İsmayılova bildirib.

Bacım qızının polisə çağırılması mitinqqabağı aktiv vətəndaşlara qarşı basqının daha bir nümunəsidir.

Onun sözlərinə görə polisdə Elmira Rəhimovadan Binəqədidəki oğurluq hadisələri və ictimai-siyasi fəaliyyəti ilə bağlı soruşublar.

“Bacım qızının polisə çağırılması mitinqqabağı aktiv vətəndaşlara qarşı basqının daha bir nümunəsidir. Elmira özü dərs yüküylə əlaqədar fəal aktivist olmasa da mənim bacım qızı olmaqda davam edir,” Xədicə İsmayılova Amerikanın Səsinə bildirib.

Öz növbəsində rəsmi qurumlar Elmira Rəhimovanın polisə dəvət ediməsi ilə bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG