Accessibility links

Fikrət Hüseynli: Ukrayna prokurorluğunu məhkəməyə verəcəm


Fikrət Hüseynli və Ukrayna Ali Radasının deputati Nikola Knyazhytski (Foto Səid Nurinindir)
Fikrət Hüseynli və Ukrayna Ali Radasının deputati Nikola Knyazhytski (Foto Səid Nurinindir)

“Ukrayna prokurorluğunu məhkəməyə verəcəm. Çünki məhkəmənin qərarının olmasına baxmayaraq, Ukrayna prokurorluğu sənədlərimin qaytarılmasını qanunsuz olaraq yubadır." Bu barədə jurnalist Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, prokurorluq martın 19-dan gec olmayaraq məhkəmənin qərarını yerinə yetirməlidir, sənədlərimi qaytarmalıdır.

“İndi prokurorluq bəhanə edir ki, guya ekstradisiya yoxlamalarını başa çatdırmayıb. Bununla yanaşı, prokurorluq mənə Ukraynada müvəqqəti yaşamaq üçün sənəd verilməsini təmin etməyib. Prokurorluğun hərəkətləri nəticəsində külli miqdarda maddi zərər çəkmişəm. Çünki Ukraynada yaşamaq üçün mənə kompensasiya verilməyib. Məhkəməyə müraciətimdə kompensasiya məsələlərini də qaldıracam”, o qeyd edib.

Fikrət Hüseynli Azərbaycan iqtidarını kəskin tənqidləri ilə tanınır.

O, Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. Jurnalist təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Fikrət Hüseynli 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

Bundan sonra daha 4 məhkəmə iclasında prokurorluğun şikayəti təmin edilməyib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG