Accessibility links

Müxalifət martın 31-də mitinq keçirəcək


Müxalifət mitinq keçirir
Müxalifət mitinq keçirir

Təşəbbüs qrupu Bakı meriyasına müraciət edib

Milli Şura martın 31-də Bakıda Məhsul stadionunda birgə mitinq keçirilmək təçşəbbüsü ilə çıxış edib.

Bu barədə Amerikanın Səsinə Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, martın 16-da Milli Şura, AXCP və Müsavat Partiyasının fəallarından ibarət təşəbbüs qrupu Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Mitinq "Azad seçki!", "Seçki saxtakarlığına yox!", “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcək.

“Martın 31-də Azərbaycanda müsəlman-türk soyqrımının 100 ili tamam olur. Biz mitinqdə ilk olaraq daşnak millətçilərinin Azərbaycanda həyata keçirdiyi soyqıdım qurbanlarının xatirəsini yad edəcək”, o qeyd edib.

Milli Şura, AXCP və müsavat Partiyası aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edir.

Tarixi məlumatlara görə, 1918-ci ilin martında daşnak-erməni millətçiləri bolşevik bayrağı altında Azərbayucanda on minlərlə dinc insanı qətlə yetirib. 1998-ci il martın 27-də Azərbaycan hökumətinin qərarı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.

XS
SM
MD
LG