Yaxınları müxalif ictimai fəal Fatimə Mövlamlıdan xəbər ala bilmirlər. Onun artıq 2 gündür ki, yoxa çıxdığı bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər ki, F.Mövlamlı martın 31-də Demokratik Qüvvələrin Milli Şurasının Müsavat Partiyası ilə birgə etriaz aksiyasında iştirak edib: “O, martın 31-dən yoxa çıxıb. Bütün yaxınlarla əlaqə saxlansa da, onu “gördüm” deyən yoxdur”, deyə partiyadan bildiriblər.
Müxalifətçi fəalın yaxınlarının əlaqəli qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin “102 Xidmətinə” müraciət etdiklərini bildirib. Ancaq hələlik müxalif fəaldan xəbər yoxdur.
Yaxınlarının sözlərinə görə, görə, müxalif fəal həm də son zamanlar “Diktatoru tanıdaq” kampaniyasının Bakıdakı iştirakçılarından olub. Onlar F.Mövlamlının siyasi baxışlarına, fəallığına görə saxlana biləcəyini düşünür.
Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində "diktatoru tanıdaq" adlı aksiyalar keçirirlər.
Daxili İşlər Nazirliyindən F.Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.