Accessibility links

İlham Əliyev Şimali Koreyanın xarici işlər naziri ilə görüşüb


Aprelin 5-də prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-hon ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

Aprelin 5-də Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı keçirilir.

Şimali Koreya xarici işlər naziri bu toplantısında iştirak üçün Azərbaycana səfər edib. Konfransda 120 üzv ölkədən nümayəndə heyəti iştirak edir, bir çox ölkələr xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG