Accessibility links

BMT-də Azərbaycanda hüquq və azadlıqlar haqqında dinləmələr keçirilib


BMT-də Azərbaycanda hüquq və azadlıqlar haqqında dinləmələr keçirilib. (Foto Nəcmin Kamilin Facebook səhifəsindən götürülüb)
BMT-də Azərbaycanda hüquq və azadlıqlar haqqında dinləmələr keçirilib. (Foto Nəcmin Kamilin Facebook səhifəsindən götürülüb)

Aprelin 11-də Cenevrədə BMT nümayəndəliyində Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi haqqında müzakirələr aparılıb. Tədbir Universal Periodic Review çərçivəsində keçirilib.

Sonuncu dəfə belə müzakirələr 2013-cü ildə aparılıb və həmin vaxt rəsmi Bakıya insan hüquqları sahəsində müəyyən tövsiyələr verilib. İndi isə hakimiyyətin onları necə yerinə yetirdiyi və hazırki vəziyyət müzakirə olunub. Bu barədə müzakirələrin iştirakçılarından biri Hüquq Maarifçiliyi Cəmiyyətinin nümayəndəsi Nəcmin Kamil Amerikanın Səsinə bildirib.

"Vətəndaş cəmiyyəti nümayəndələrinin bu tədbirdə iştirakının məqsədi vəziyyətə qiymət vermək və beynəlxalq ictimaiyyətə real vəziyyət haqqında məlumat verməkdir", o bildirib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışlarının mövzusu seçkiqabağı vəziyyət, KİV azadlığı, insan hüquqları, toplaşmaq azadlığı, vicdan azadlığı, korrupsiya, ekologiya problemləri və s. olub.

"Bizim beynəlxalq ictimaiyyətə mesajımız belə olub: bütün bu istiqamətlərdə son beş ildə heç bir irəliləyiş olmayıb. Əksinə, vəziyyət daha da pisləşib, xüsusən, insan hüquqları, toplaşmaq azadlığı, şəffaf və ədalətli seçkilər, siyasi məhbus probleminin həlli sahəsində", deyə Nəcim Kamil qeyd edib.

XS
SM
MD
LG