Accessibility links

Azərbaycan prezidenti and içib


Aprelin 18-də prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Mərasimdə dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və ölkə başçısının ailə üzvləri iştirak edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi 17 aprel tarixli qərarı ilə prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Əliyevi Azərbaycanın prezidenti elan edib.

Bundan sonra İlham Əliyev and içib.

İlham Əliyev and çmə mərasimindən sonra ailə üzvləri ilə birgə Dövlət Bayrağı Meydanında olub.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Ə

Müxalifətdə olan Müsavat, Xalq Cəbhəsi, ReAL partiyaları və Milli Şura seçkinin nəticəsini tanımadığını bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olub.

İ.Əliyevin bununla Azərbaycanda prezident seçkilərində 4-cü dəfə qələbə qazanıbb. O, bundan əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qalib olub.

XS
SM
MD
LG