Accessibility links

İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib


Sergey Narışkin

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərə görə, tərəflər vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olub.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG