Accessibility links

Müsavat Partiyası vəkillərin fəaliyyətinin dayandırılmasını pisləyir


Müsavat Partiyası

Partiya bəyanatla çıxış edib

Müsavat Partiyası son dövrlər vəkillərin fəaliyyətinin dayandırılmasını pisləyən bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, hakimiyyət ölkədə nəinki alternativsiz, hətta opponentsiz sistem yaratmaq istiqamətindəki fəaliyyətini davam etdirir.

“Məlumdur ki, ölkədə ədalət məhkəməsi sistemi mövcud deyil. Hakimlər, ittihamçılar bütövlükdə ölkəni təklikdə idarə edən siyasi qüvvənin təmsilçiləridir. Məhdud sayda müstəqil vəkillərin olması belə hakimiyyəti narahat edir. Ona görə də zaman-zaman belə vəkillər siyasi sifariş əsasında qanuni fəaliyyətindən uzaqlaşdırılır”, Müsavat bildirir.

Partiya son günlər Vəkillər Kollegiyası siyasi sifarişə əsaslanaraq müstəqil mövqeli az saylı vəkillərdən müsavatçılar Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılmasını pisləyir.

“Müsavat Partiyası müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdıran belə qərarların hakimiyyət qollarından biri olan məhkəmə sistemi üzərində nəzarətin hakim klanın əlində tam olaraq cəmlənməsinə yönəlik addım hesab edərək qətiyyətlə pisləyir”.

Partiya Vəkillər Kollegiyasının indiyədək kollegiyadan uzaqlaşdırdığı və fəaliyyətlərinə məhdudiyyətlər qoyduğu vəkillər barəsindəki qərarlarını ölkədə ədalət məhkəməsi sisteminə sarsıdıcı zərbə vurduğunu bəyan edir və bu qərarların dərhal ləğv etməsini tələb edir.

Öz növbəsində rəsmi Bakı ölkədə ədalətli məhkəmə sisteminin olduğunu, fundamental insan hüquqlarının tam təmin edildiyini bəyan edir.

Xatırladaq ki, son illər Avropa İnsan Hüquqları Məhkəməsində onlarla işi udan çoxsaylı vəkillərin fəalliyyəti dayandırılıb.

XS
SM
MD
LG