Accessibility links

Şəkidə AXCP fəalı saxlanılıb


People exercise at sunrise in Sea Point, Cape Town, South Africa as the country marks day 53 of a government lockdown in a bid to prevent the spread of coronavirus.
People exercise at sunrise in Sea Point, Cape Town, South Africa as the country marks day 53 of a government lockdown in a bid to prevent the spread of coronavirus.

Samir Həsənovun saxlanılmasının səbəbi bilinmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki Rayon Təşkilatı Gənclər Komitəsinin sədri Samir Həsənov aprelin 30-da saxlanılaraq Şəki Rayon Polis Şöbəsinə (Bakıdan 352 kilometr şimal-qərb) aparılıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, dünən S.Həsənov öz motoskli ilə gedərkən yolda iki polis əməkdaşı tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb.

Xəbəri partiyanın Şəki rayon təşkilatından Amerikanın Səsinə təsdiq ediblər.

"Biz, AXCP Şəki Rayon Təşkilatının fəalları dünən 4 saat Şəki Rayon Polis Şobəsinin qarşısında gözlədik. Dedilər Samir Həsənovla bağlı məlumat verəcəklər. Amma, məlumat vermədilər. Yalnız gecə saat 12-də Samir evlərinə zəng edərək bildirib ki, onu saxlayıblar. Guya küçədə bərkdən söyüş söyüb. Amma Samir çox tərbiyəli insandır, o danışığında, ümumiyyətlə, söyüşdən istifadə etmir", AXCP Şəki Rayon Təşkilatının bir fəalı Amerikanın Səsinə bildirib.

AXCP Şəki Rayon Təşkilatı Samir Həsənovun saxlanmasının AXCP sədri Əli Kərimliyə ad günündə facebook-da təbrik yazması ilə bağlı olduğunu güman edir.

Şəki Rayon Polis Şöbəsindən Samir Həsənovun saxlanılmasının səbəbi ilə bağlı məlumat almaq mükün olmayıb.

AXCP-nin Şəki Rayon Təşkilatından Samir Həsənovun bu gün məhkəməyə aparılacağının gözlənildiyini bildiriblər.

XS
SM
MD
LG