Accessibility links

Saleh Rüstəmov və Vidadi Rüstəmli sağdır


Saleh Rüstəmov
Saleh Rüstəmov

Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı Saleh Rüstəmovun və qardaşı oğlu Vidadi Rüstəmlinin taleyi son günlərin əsas xəbərinə çevrilib.

Mayın 24-də siyasi mühacir olan jurnalist Qənimət Zahid Facebook səhifəsində yazıb ki, Saleh Rüstəmov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr nəticəsində dünyasını dəyişib və hakimiyyət onun ölümünü gizlədir.

Bu xəbər böyük rezonans doğurub və bir müddət sonra Daxili İşlər Nazirliyi Saleh Rüstəmovun sağ-salamat olduğu, qardaşının, Qırmızı Xaç Komitəsi nümayəndələrinin ona baş çəkdiyi və guya mayın 25-də hüquq müdafiəçilərinin də onun yanına buraxılacağı haqqında məlumatlar sızdırmağa başlayıb. Amma bu, heç kimi inandırmayıb.

Mayın 25-də səhər Vidadinin atası Valeh Rüstəmli kimi təqdim edən bir şəxs Turan agentliyinə zəng edib, Salehin və Vidadinin yanında olduğunu, onların sağ-salamat olduğunu bildirib və işgəncələr haqqında məlumat dərc etməməyi xahiş edib.

Jurnalistin zəng edən şəxsin harada olduğu haqqında sualına o, cavab verə bilməyib. Bu zaman agentlik əməkdaşı dəstəyi Salehə verməyi xahiş edib, zəng edən şəxs kiməsə Salehin danışmasına icazə vermək xahişi ilə müraciət edib. Bir neçə saniyə sonra özünü Saleh adlandıran şəxs dəstəyi götürüb, sağ olduğunu və işgəncələrə məruz qalmadığını bildirib. O, həmçinin harada olduğunu və nədə təqsirləndirildiyini bildirib.

Yarım saat sonra vəkil Telman Nağdəliyev bildiriib ki, dünən Salehə baş çəkib.

Vəkil "istintaq sirrinə" istinad edərək, Saleh Rüstəmovun nədə ittham olunduğu və cinayət işinin hansı maddə ilə açıldığı haqqında suala cavab verməyib.

Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib ki, mayın 25-də səhər saatlarında qardaşı Valeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qardaşı Saleh və qardaşı oğlu Vidadi ilə görüşüb.

"Qardaşım Saleh Rüstəmov və qardaşım oğlu Vidadi Rüstəmli sağ-salamatdır. Onlar işgəncəyə məruz qalmadığını deyib. İctimai dəstəyə görə mediaya və hüquq müdafiəçilərinə təşəkkür edirəm", o qeyd edib.

Saleh Rüstəmov mayın 8-də külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Mayın 10-da elə həmin ittihamla onun qardaşı oğlu Vidadi həbs olunub.

S.Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub. Müxalifətçilərin təxmininə görə, S.Rüstəmov guya müxalifəti maliyyələşdirməsi haqqında ifadə alınması məqsədilə işgəncəyə məruz qoyula bilərdi.

Rəsmi qurumlar, Saleh Rüstəmovun həbsi ilə bağlı hələ açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG