Accessibility links

Milli Şura "Cümhuriyyət"gününü Rəsulzadə abidəsi önündə keçirib [video]


Milli Şura Rəsulzadə abidəsi önündə
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Milli Şura Rəsulzadə abidəsi önündə

Demokratik Qüvvələrin Milli Şurasının M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin qarşısındabayram mitinqi keçirilib.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, siyasi məhbus sayılan şəxslərin valideynləri də çıxış ediblər.

Əli Kərimli çıxışında cümhuriyyət ideyalarının önəmindən bəhs edib, hökuməti tənqid edib.

“Qurucu babalarımız bizə 114 min kvadrat kilometr ərazidə respublika qoyub getmişdilər. İndi həmin torpaqların 70 min kvadrat metrini saxlamışıq. Sülalə hakimiyyəti nəticəsində görün, nə qədər torpaqlarımız işgal olunub”, - deyən Əli Kərimli cümhuriyyət ideyalarının hazırkı demokratik qüvvələrin ayaq üstə dayanmasının da ilhamvericisi olduğunu ifadə edib.

“Cümhuriyyət sağlam təməllər üzərində qurulmasaydı, demokratik düşüncəli qüvvələr repressiyalardan sağ-salamat çıxa bilməyəcəkdi. Biz indi bilirik ki, yaşadığımız məhrumiyyətlər nə olursa olsun, keçicidir. Nə olursa olsun, cümhuriyyəti 3-cü dəfə mütləq yenidən quracağıq”.

Əli Kərimlinin çıxışı zamanı elektrik bir neçə dəfə kəsilib. Elektrik hər dəfə kəsiləndə aksiya iştirakçıları “istefa” şüarı səsləndiriblər.

Polis isə mitinq iştirakçılarına bu şüarl bağlı xəbərdarlıq edib.

AXCP sədri cümhuriyyət sevgisinin “sınağa çəkilməsinə” də toxunub: “Sınaqlarla cümhuriyyət dəyərlərinə elə bağlanacağıq ki, ona qarşı duranlara daha gərəkli cavab verə biləcəyik. Rəsulzadədən, cümhuriyyətdən qorxurlar. Çünki bu təkcə şərəfli keçmiş deyil, güc mənbəyi deyil, həm də gedəcəyimiz gələcəkdir, hədəfdir. Biz Azərbaycan xalqının nələri haqq etdiyini yaxşı bilirik. Siyasi, dini, etnik mənsubiyyətindən asılı olmayaraq bu dövlət, ədalət, hüquq hamı üçün olacaq”.

Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli çıxışında AXC ənənələrinin bu gün qorunub saxlanılmadığını deyib.

XS
SM
MD
LG