Accessibility links

Polis İsrail səfirliyi qarşısında etiraz aksiyasının qarşısını alıb


Aksiyanın təxminən 15 iştirakçısı saxlanılıb

İyunun 8-də polis hər il Ramazan ayının son cümə günü Fələstin xalqı ilə həmrəylik və Qüds Günü münasibətilə İsrail səfirliyi qarşısında aksiya keçirilməsinin qarşısını alıb.

Piketin təşkilatçılarından biri, Qarabağın Uğrunda İslami Müqavimət Hərəkatının lideri Rövşən Əhmədli aksiya başlamazdan əvvəl evdən çıxarkən saxlanılıb. O, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə aparılıb və aksiya başa çatdıqdan sonra buraxılıb. Polisdə Əhmədliyə icazəsiz aksiya keçirilməsinin yolverilməz olduğunu bildiriblər.

Əhmədov özü bildirib ki, toplaşmaq azadlığına Konstitusiyada zəmanət verilib. Digər tərəfdən, təşkilatçılar şəhər administrasiyasına əvvəlcədən məlumat veriblər, icra hakimiyyəti piketin keçirilməsinin “məqsədəuyğun olmadığını” hesab edib.

"Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsi, Qarabağ münaqişəsi və bütün digər məsələlərlə bağlı qətnamələri yerinə yetirilməlidir”, deyə Əhmədli bildirib.

O qeyd edib ki, polis aksiyanın təxminən 15 iştirakçısını saxlayıb, onlar Yasamal rayonu 27 və 29-cu polis bölmələrinə aparılıblar.

Saat 17.30-a qədər 27-ci bölmədən bütün saxlanılanlar azad edilmişdi.

XS
SM
MD
LG