Accessibility links

Gəncə hadisələri ilə bağlı iki şəxs axtarılır


İyulun 10-da Gəncədə yüksək rütbəli iki polis zabitini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs axtarışdadır. Bu haqda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinın açıqlamasında deyilir.

Axtarışda olan şəxslərin Gəncə şəhər sakinləri, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Böyükkişiyev və Fərrux Qasımov olduğu deyilir.

"Onlarin həbsi üçün intensiv iş aparılır", açıqlamada qeyd olunur.

Daxili İşlər Nazirliyi Gəncədə iki polis zabitinin öldürüldüyü barədə məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Nazirlik Gəncə hadisələri haqqında qeyd edir ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG