Accessibility links

Kamran Əliyev: Hazırda 117 korrupsiya cinayət işi üzrə istintaq aparılır


A man pours fake fuel on the face of a protester as they perform at a demonstration against the fossil fuel industry during the U.N. Climate Change Conference (COP26), in Glasgow, Scotland.
A man pours fake fuel on the face of a protester as they perform at a demonstration against the fossil fuel industry during the U.N. Climate Change Conference (COP26), in Glasgow, Scotland.

Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət başında yaxalanan şəxslər barəsində 4, korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında isə 5 cinayət işi başlayıb.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün ilin birinci yarısnın yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib

“Həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israfetmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.

Əliyev bildirib ki, baş idarə tərəfindən korrupsiya hallarının qarşısnı almaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

“Cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxs xəbərdarlıq, 8 vəzifəli şəxs töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib".

Baş idarə rəisi deyib ki, mənzil tikintisi ilə bağlı cinayət işləri çoxluq təşkil edir.

“Bu sahədə 18 şəxs barəsində 9 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

Onun sözlərinə görə, bu müddətdə bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

"17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib. Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin olunub".

Əliyevin sözlərinə görə, hazırda 117 cinayət işi üzrə istintaq aparılır.

"Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə bağlıdır", baş idarə rəisi qeyd edib.

Əliyev suallara cavabda Göyçay rayonunda körpünün uçması ilə bağlı cinayət işindən də danışıb.

“Göyçayda körpünün çökməsi və oradakı daş karxanalarını fəaliyyəti ilə bağlı açılan cinayət işində 7 vəzifəli şəxs məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilib. Bununla bağlı cinayət işləri yekunlaşıb və məhkəməyə göndərilmə ərəfəsindədir. Digər bölgələr, o cümlədən Qubada körpünün uçmasına görə cinayət işlərində məsuliyyətə cəlb olunan, barələrində həbs-qəti imkan tədbiri seçilən vəzifəli çəxslər var”, o bildirib.

XS
SM
MD
LG