Accessibility links

İlqar Məmmədov: “Mübarizəni daha böyük güc ilə davam etdirəcəyik”[Video]


İlqar Məmmədov: “Mübarizəni daha böyük güc ilə davam etdirəcəyik”
please wait

No media source currently available

0:00 0:03:44 0:00

REAL lideri şərti azadlığa buraxıldı

“Bu, tam qələbə deyil, qisməndir. Bu, respublikaçıların tərəfdarlarının – gənclərin, yaşlıların və Azərbaycandakı bütün fəalların səyləri, mənə göstərdikləri dəstəyin sayəsində mümkün oldu”. Bunu 5,5 il həbs cəzasından sonra bu gün azadlığa çıxan İlqar Məmmədov onu evinin yanında qarşılayan tərəfdarlarına və jurnalistlərə deyib.

O həmçinin öz tərəfdarlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib və deyib ki, 28 May Cümhuriyyət Gününü İstiqlal küçəsində nümayiş ilə qeyd edə biliblər.

İlqar Məmmədov deyib ki, “respublikaçılıq dəyərlərinin reallaşması üçün siyasi fəaliyyətini daha böyük güc ilə davam etdirəcək”.

O, dəstəyə görə ölkənin demokratik qüvvələrinə, həmçinin beynəlxalq təşkilatlara təşəkkürünü bildirib.

İlqar Məmmədov deyib ki, yaxın vaxtlarda mətbuat konfransı keçirəcək. Ancaq ilk növbədə tibbi müayinədən keçmək istəyir.

“Ona görə yox ki, səhhətimdə problemlər var, sadəcə, hakimiyyətdən hər şey gözləmək olar”, - o deyib.

İlqar Məmmədov məhkəmə prosesi ilə bağlı sualın cavabında deyib ki, cümə günü onu buraxmadılar, çünki Şəkiyə çox adam gəldi. Belə vəziyyətdə “onu buraxa bilməzdilər”.

https://www.amerikaninsesi.org/a/siyaset/4525936.html

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG