Accessibility links

Almaniya kanslerinin partiyasından olan deputat Azərbaycana gələ bilməyəcək


Azərbaycan hakimiyyəti Almaniya kansleri Angela Merkelin Xristian-Demokrat Partiyasından olan deputat Albert Vaylerin (Albert Weiler) ölkəyə girişini qadağan edib. O avqustun 25-də Azərbaycana səfər edəcək xanım Merkelin nümayəndə heyətinə daxil idi.

Bu barədə avqustun 20-də Almaniyanın Bild qəzeti məlumat yayıb. (https://www.bild.de/politik/ausland/politik-ausland/aserbaidschan-laesst-deutschen-nicht-rein-eklat-vor-kanzlerin-reise-56768468.bild.html)

Rəsmi Bakının Vayleri "arzuolunmaz şəxs" elan etməsinin səbəbi onun 2014 və 2015-cı illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi olub. İndi girişin qadağan edilməsi qərarı ən yüksək səviyyədə qəbul edilib, odur ki, Azərbaycan səfiri ilə bu barədə danışıqlar nəticəsiz qalıb, deyə Bild yazır.

Almaniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətlər üzrə parlament qrupunun sədr müavini Vayler avqustun 22-dən 25-dək Merkeli Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşaiyət etməli idi.

"Vayler regionda vəziyyətlə bağlı narahatlığını bildirib. O, səfərdən imtina etmək niyyətindədir", Deutsche Welle yazır.

Azərbycan Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları"nın siyahısında Albert Vaylerin adı 13-cüdür. (http://mfa.gov.az/folder/media/Yenil%C9%99nmi%C5%9F%2017.04.2018.pdf)

Xarici İşlər Nazirliyi Vayleri arzuolunmaz şəxslər siyahısına daxil etməsinin səbəbi kimi onun 4 avqust 2014-cü il və 3 may 2015-ci il tarixlərində Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ndə müşahidəçi kimi iştirakını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG