Accessibility links

AXCP üzvləri həbs edilib


Onlar etiraz aksiyası keçirərkən saxlanılıb

Avqustun 21-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Ramin Əhmədova 15, Bəşir Tanrıverdiyevə 10 sutka inzibati həbs verib, Nicat Abdullazadə isə 200 manat cərimə edilərək azad buraxıb. Bu barədə AXCP-nin Mətbuat Xidməti məlumat yayıb.

AXCP üzvləri partiyanın həbsdə olan fəallarının ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz olaraq avqustun 20-də Bakıda Elmlər Akademiyası metro stansiyasının qarşısında etiraz aksiyası keçirən zaman saxlanılıb. Beləki, AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı həbsdə olan fəalların fotoları əks olunan plakatlar qaldırıb və bununla onların ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz ediblər.

Etiraz aksiyası keçirən AXCP üzvləri saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb. Ruslan Qurbanlı azad edilsə də, Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov bu gün məhkəmə qarşısına çıxarılıb.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov mayın 25-də həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb edilib. Onların hamısını "çirkli pulların yuyulmasında" ittiham ediblər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

AXCP-nin məlumatına görə həbsdə olanların ailə üzvləri ilə görüşünə imkan verilmir.

Rəsmi qurumlar AXCP üzvlərinin saxlanılması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG