Accessibility links

Ali Məhkəmə Gözəl Bayramlının şikayətinə baxacaq


Gözəl Bayramlı (photo by :Abbas Atilay)
Gözəl Bayramlı (photo by :Abbas Atilay)

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavini Gözəl Bayramlı barəsində Qazax rayon Məhkəməsinin, ardınca Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərarlar qanunsuz və əsassızdır. Həmin qərarlar ləğv edilməlidir. Siyasətçinin vəkillərinin Ali Məhkəməyə təqdim etdikləri kassasiya şikayətində belə vurğulanır.

Bu barədə AXCP Mətbuat Xidmətinin məlumatında deyilir.

Kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib.

Kasasiya şikayəti artıq Ali Məhkəmədə icraata qəbul edilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.

AXCP sədrinin müavininin məhkəməsi sentyabrın 5-də başlayacaq.

G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanın əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG