Accessibility links

Angela Merkel vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


 Merkel ictimai fəallarla görüşüb : photo by: Steffen Seibert ‏ twitter account
Merkel ictimai fəallarla görüşüb : photo by: Steffen Seibert ‏ twitter account

Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, vətəndaş cəmiyyəti təmsilçiləri Şəhla İsmayıl, Əvəz Həsənov, Turgut Qəmbər iştirak edib

Azərbaycana rəsmi səfər edən Almaniya kansleri avqustun 25-də vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb.

“Turan” agentliyinin məlumatına görə, kanslerlə vətəndaş cəmiyyəti təmsilçilərinin müzakirəsi rəsmi görüşlərdən sonra baş tutub.

Mənim qənaətim budur ki, Merkel avtokratik rejimlərin yaratdığı məhrumiyyətləri və onların mexanizmlərini anlayır.

Yarım saatdan artıq davam edən görüşdə yerli vətəndaş cəmiyyətinin durumu müzakirə mövzularından olub. İnsan hüquq və azadlıqlarının, media azadlıgının vəziyyəti nəzərdən keçirilib.

Yerli vətəndaş cəmiyyəti fəalları Angela Merkelə bu sahədəki durumla baglı məlumat veriblər.

Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, vətəndaş cəmiyyəti təmsilçiləri Şəhla İsmayıl, Əvəz Həsənov, Turgut Qəmbər iştirak edib.

Araşdırmaşı jurnalist Xədicə İsmayıl
Araşdırmaşı jurnalist Xədicə İsmayıl

Xədicə İsmayıl Facebook səhifəsində Almaniya kansleri ilə görüşdə korrupsiya və bunun Azərbaycandakı sülhə, demokratiyaya və təhlükəsizliyə təsiri haqqında danışdığını qeyd edib. Araşdırmaçı jurnalist kanslerə bildirib ki, onu hava limanında qarşılayan baş nazirinin müavini Yaqub Eyyubov Rusiya ilə silah sazişi danışıqları aparmış və saziş imzalandan sonra Rosoboronexport-dan şəxsi hesablarına on milyonlarla dollar köçürülmüş şəxsdir.

Ondan gecə Bakıda qalıb, birinci ailənin sahib olduğu otellərə xeyir verib-verməyəcəyini soruşdum.
Xədicə İsmayıl

İsmayıl Facebook postunda qeyd edib ki, Angela Merkellə söhbətində onun gecə Bakıda qalıb, bununla birinci ailənin sahib olduğu otellərə xeyir verib-verməyəcəyini soruşub.

Xədicə İsmayıl əlavə edir ki, həm də Merkeldən insan hüquqları və demokratiya problemləri ilə bağlı daha açıq danışmasını xahiş etdiyini və bununla da ölkədəki insanların korrupsiya pulları ilə susdurulması mümkün olmayan avropalı siyasətçilərin mövcudluğunu görməsinə ehtiyac olduğunu qeyd edib.

Merkel cavabında bildirib ki, o, bu narahatlıqları "vacib" hesab edir, və onlardan bəzilərini prezident İlham Əliyevlə görüşdə müzakirə edib.

"Mənim qənaətim budur ki, Merkel avtokratik rejimlərin yaratdığı məhrumiyyətləri və onların mexanizmlərini anlayır," İsmayıl bildirib.

NİDA vətəndaş hərəkatının üzvü Turqut Qəmbər
NİDA vətəndaş hərəkatının üzvü Turqut Qəmbər

NİDA vətəndaş hərəkatının üzvü Turqut Qəmbər Almaniya kimi qüdrətli dövlətin rəhbərinin Azərbaycana gəlişi və vətəndaş cəmiyyəti ilə görüşünu müsbət hal kimi qiymətləndirir. Kanslerin siyasi müxalifətlə də görüşməsini görmək istəyən Qəmbər, ən azından ictimai fəallarla görüşün keçirildiyini olduqca faydalı hesab edir.

Merkel ölkədəki vəziyyətlə bağlı kifayət qədər məlumatlı idi və bununla bərabər bizim dediklərimizə maraqla yanaşırdı.
Turgut Qəmbər

Görüşdə siyasi məhsuslar və bütövlükdə Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı danışdığını bildirən NİDA üzvü, bu pozuntuların ölkə daxilində və qlobal səviyyədə səbəb ola biləcək problemləri də vurğuladığını bildirir.

“Bütövlükdə Angela Merkel Azərbaycandakı vəziyyətlə bağlı kifayət qədər məlumatlı idi və bununla bərabər bizim dediklərimizə maraqla yanaşırdı,” deyə Turqut Qəmbər əlavə etdi.

Almaniya kanslerinin Azərbaycana səfəri başa çatıb.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb. Onlar, avqustun 25-də Azərbaycana gəliblər. Angela Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG