Accessibility links

Elmar Məmmədyarov: Yaponiya Azərbaycan iqtisadiyyatına təqribən 7 milyard dollar sərmayə qoyub [Video]


Elmar Məmmədyarov: Yaponiya Azərbaycan iqtisadiyyatına təqribən 7 milyard dollar sərmayə qoyub
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycanda səfərdədir. O, sentyabrın 5-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Danışıqlarda ikitərəfli siyasi, iqtisadi, enerji, turizm və humanitar əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Görüşlərin yekunu olaraq Azərbaycan və Yaponiya xarici işlər nazirləri mətbuat üçün brifinq keçirib.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığın inkişafı məsələsində böyük nəticələr əldə edib.

Nazirin sözlərinə görə, Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Ölkədə 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir.

“Yaponiya Azərbaycan iqtisadiyyatına təqribən 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir”, Məmmədyarov qeyd edib.

Elmar Məmmədyarov həmçinin Yaponiyanın Azərbaycanın iştirak etdiyi "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinə maraq göstərdiyini diqqətə çatdırıb.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Yaponiya xarici işlər naziri Taro Kono deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq birliyin mövqeyini dəstəkləyir.

“Biz Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə apardıq. Deyə bilərəm ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin mövqeyini dəstəkləyir”,- nazir deyib.

Cənab Kono deyib ki, Yaponiya Azərbaycanı Avropanı Asiya ilə birləşdirən vacib ölkə, eləcə də mühüm enerji oyunçusu hesab edir.

“Azərbaycanla münasibətlər yüksək səviyyədədir. Tokio həmçinin Yaponiyanın regionda biznes mühitinin inkişafı və yaxşılaşdırılmasına yardım edəcəyi "Qafqaz təşəbbüsü" proqramını təklif edib”.

Taro Kononun sözlərinə görə, Yaponiya və Azərbaycan tələbələr üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq qərarına gəlib.

Nazirlər iki ölkə arasında turizmi əlaqələrindən danışarkən Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açılması mümkünlüyünü də deyib .

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG