Accessibility links

Natiq Məmmədli: “15 Sentyabr - Paytaxt Günü bayramıdır”


Natiq Məmmədli: 15 Sentyabr - Paytaxt Günü bayramıdır
please wait

No media source currently available

0:00 0:05:57 0:00

Tarixçi alimin Amerikanın Səsinə müsahibəsi

Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli Amerikanın Səsinə müsahibəsində Bakının azad edilməsinin tarixi dərslərindən danışıb.

Amerikanın Səsi: 1918-ci il sentyabrın 15-də Bakı bolşeviklərin işğalından azad edilib və milli hökumət Gəncədən Bakıya köçürülüb. Bakının azad edilməsindən keçən 100 ildən sonra bu hadisələr Azərbaycan tarixində necə yer alıb?

Bakının Türk-İslam Ordusu tərəfindən azad edilməsi bizim istinad nöqtəmizdir.

Natiq Məmmədli: Bakının türk ordusu tərəfindən azad edilməsi tarixdə çox az təsadüf olunan ümummilli həmrəyliyin nəticəsi idi. Bu, türk həmrəyliyinin, türk təəssübkeşliyinin bariz nümunəsi və təntənəsi kimi qiymətləndirilə bilər. Bu hadisə tək müasir tariximizdə yox, əgər 5 min illik dövlətçilik tariximizə nəzər salsaq, onun ən parlaq bir nöqtəsidir. Bakının Türk-İslam Ordusu tərəfindən azad edilməsi bizim istinad nöqtəmizdir. Bu, həm şərəf səhifəsidir, həm də bayramdır.

Amerikanın Səsi: Bu gündən baxanda Bakının azad edilməsinin tarixi dəsrlərini necə xarakterizə edərdiniz?

Belə bir hal yoxdur ki, müstəqilliyini elan edəsən, qardaş olsa belə, başqa bir ölkənin ordusu, hərbi qüvvəsi sənin paytaxtını işğalçılardan azad edib, onu sənə ərmağan eləsin.

Natiq Məmmədli: Çox təəssüflər olsun ki, Bakının işğaldan azad edilməsi prosesindən çıxarılan tarixi dərslər heç də ürəkaçan deyil. Çünki Bakı bir neçə dəfə işğala məruz qalıb. Türk ordusundan sonra 20-ci əsrin əvvəlində Bakıya müvəqqəti bir dövrdə ingilis ordusu gəldi, daha sonra tarixin böyük bir kəsimində rus və sovet istilasına məruz qaldı. Bakı çox nadir hallarda Azərbaycana paytaxtlıq edib, Azərbaycanın başkəndi olub. Biz 15 sentyabra borcluyuq. 15 sentyabr əslində tək milli kimlik günü yox, həm də Azərbaycanda bir paytaxt günüdür. Belə bir hal yoxdur ki, müstəqilliyini elan edəsən, qardaş olsa belə, başqa bir ölkənin ordusu, hərbi qüvvəsi sənin paytaxtını işğalçılardan azad edib, onu sənə ərmağan eləsin. Bunu tarixin hədiyyəsi yox, mən deyərdim, bir növ ilahinin bir müjdəsi kimi qiymətləndirə bilərik.

Amerikanın Səsi: Bakının azad edilməsində xidmətləri olan insanların xatirələri əbədiləşdirilibmi?

Natiq Məmmədli
Natiq Məmmədli

Natiq Məmmədli: Bu insanların xatirəsi mənəvi müstəvidə əbədiləşdirilib. Bax, üstündən 100 il vaxt keçib, biz oturmuşuq Bakı şəhərində həmin tarixi günü, o tarixi günün altında imzası olan parlaq şəxsiyyətləri xatırlayırıq. Onların xatirəsi bizim ürəyimizdə əbədiləşib, genetik yaddaşımıza köçüb. Bu maddi formada öz əksini tapmaya bilər. Nə vaxtsa tapacaq da, amma mənəvi planda milli dərk baxımından o şəxsiyyətlərin xatirəsi tam əbədiləşib. Sadəcə, bunun maddi nümunəsini görmək istəyirik, parlaq maddi nümunəsini. Mən inanıram ki, biz onu da görə biləcəyik.

Amerikanın Səsi: Sizcə, paytaxtın azad edilməsi gününün ayrıca bayram kimi qeyd edilməsinə ehtiyac varmı? Bu il tarixdə ilk dəfə olaraq sentyabrın 15-də Bakıda suvari paradı keçiriləcək.

15 sentyabrı Paytaxt Günü kimi qeyd etməliyik. Bu günü bizə ərməğan edən şəxsiyyətləri unutmamalıyıq.

Natiq Məmmədli: Bəli, bunun ayrıca bayram edilməsinə və hər il bayram edilməsinə ehtiyac var. Bayram təkcə yığışıb, deyib-gülmək, əylənmək deyil. Elə bayramlar var ki, bizim milli ruhumuzla bağlıdır və onu daim diri saxlayır. Milli mənliyimizi, özünüdərkimizi, özümüzü qiymətləndirməni ölməyə qoymur. Belə bayramlardan biri də 15 sentyabrdır. Düşünürəm ki, 15 sentyabrı Paytaxt Günü kimi qeyd etməliyik. Bu günü bizə ərməğan edən şəxsiyyətləri unutmamalıyıq. 29 yaşlı türk paşası Nuru paşanın başçılığı ilə, fədakarlığı və müstəsna sərkərdəlik qabiliyyəti nəticəsində Qaraməryəmdən (indiki Göyçay rayonu ərazisi-red.) başlayan döyüş türk ordusunun hərbçilərinin şəhid olması hesabına Bakının azad edilməsi həmin şəhidlərin, qəhrəmanlıq göstərmiş o kişilərin adına layiq yüksək səviyyədə qeyd edilməlidir. Bakının azad edilməsi bir tərəfdən, onun hərəkətverici qüvvəsi olan türk ordusunun, Qafqaz-İslam Ordusunun fəaliyyəti idisə, digər tərəfdən, Osmanlıda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, cümhuriyyəti quran bütün şəxsiyyətlərin xidməti idi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın baş nazirinə yazdı ki, “Bakı mütləq azad edilməlidir, Bakı yoxdursa, əlvida Azərbaycan”. Yəni, cümhuriyyət qurucuları bu məsələnin üzərinə ciddi şəkildə düşməsə idilər, bunu bir qeyrət işinə çevirməsə idilər, təbii ki, Bakının azad edilməsi Birinci Dünya Müharibəsinin gərgin diplomatik fonunda çətin olacaqdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG