Accessibility links

Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinə işgüzar səfər edib.

Bu barədə sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfərdə məqsəd Davos Dünya İqtisadi Forumunun Çinin Tyantszin şəhərində keçiriləcək illik toplantısında iştirak etməkdir. Toplantı sentyabrın 18-da başlayıb, 20-da başa çatmalıdır.

Məlumatda bildirilir ki, nazir E.Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edəcək və bu sahədə Azərbaycanda görülən işlərdən danışacaq.

Səfər çərçivəsində nazirin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Forumun əsasını 1971-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab qoyub. İlk olaraq qurum Avropa İdarəetmə Forumu adlandırılıb. 1987-ci ildən Dünya İqtisadi Forumu adlandırılır. Forum dünya gündəminin ən aktual məsələlərini müzakirə etmək və yeni ideyaları paylaşmaqdan ötrü platformalardan biri kimi düşünülüb.

XS
SM
MD
LG