Accessibility links

Gəncə şəhərində prokuror dindarlara həbs istəyib


“Fatimeyi Zəhra” məscidində aşura mərasimi keçirilib
“Fatimeyi Zəhra” məscidində aşura mərasimi keçirilib

Dindarlar 2017-ci ildə Aşura mərasimi zamanı baş verən qarşıdurma ilə əlaqədar tutulub

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə prosesində 2017-ci ilin Aşura mərasimi zamanı İmamzadə ziyarətgahında dindarlarla polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunan şəxslərə prokuror iş istəyib.

2017-ci il sentyabrın 30-da Gəncə şəhəri İmamzadə Ziyarətgahına insanların buraxılmamasına görə polislə incident yaranıb, xeyli sayda vətəndaş saxlanılıb. Gəncə şəhər Prokurorluğu və Gəncə Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmək) və 221.3 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. İttiham aktına görə cinayət işi materiallarında 16-sı polis əməkdaşı olmaqla 18 zərərçəkmiş və 22-si polis əməkdaşı olmaqla 26 şahid qeyd olunub.

7 təqsirləndirilən şəxs barədə məhkəmə prosesi 2018-ci ilin yanvarın 26-dan davam edir

Dövlət ittihamçısı Aleksey Abbasov təqsirləndirilənləedən ikisinə 8 il, qalanlarına isə 7 il həbs istəyib.

Növbəti proses sentyabrın 24-nə təyin edilib.

XS
SM
MD
LG