Accessibility links

Bakıda Birləşmiş Ştatların Hava Qüvvələrin yaradılmasının 71-ci ildönümü qeyd olunub


Sentyabrın 18-si Birləşmiş Ştatların Hava Qüvvələrin yaradılmasının 71-ci ildönümünü qeyd olunub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin press-relizində deyilir.

Məlumatda qeyd olunub ki, ABŞ-ın Bakıdakı Səfirliyinin Hərbi Attaşesi polkovnik Adam Kavlik bu tarixlə bağlı təşkil olunan ziyafətdə Azərbaycanın Hava Qüvvələrinin təmsilçiləridə daxil olmaqla, gələn qonaqları salamlayaraq ABŞ-Azərbaycan hərbi əməkdaşlığına barədə çıxış edib.

“Azərbaycanla Əfqanıstanda keçirdiyimiz fəaliyyət, qlobal terroçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etmək niyyətindəyik” - deyə, hərbi attaşe bildirib.

XS
SM
MD
LG