Accessibility links

Bahar Muradova: İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması asan iş deyil


Bahar Muradova
Bahar Muradova

“Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir”.

Bu barədə oktyabrın 3-də Milli Məclisdə İnsan hüquqları komitəsinin iclasında parlament sədrinin müavini (komitənin sədri) Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil.

“Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

2017-ci ilin sentyabrında İraqın İŞİD-dən azad olan ərazilərindəki sığınacaqlarda Azərbaycan əsilli uşaqların olması üzə çıxmışdı. Onlardan Abdulla adlı uşaq Azərbaycana gətirilərək babasına təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidməti rəsmisi bildirib ki, son 5 ildə Azərbaycandan İŞİD sıralarına 900-a qədər şəxs qoşulub. Onlardan 151 nəfəri Azərbaycana qayıtdıqdan sonra mühakimə edilib.

Ötən ilin sonlarında xarici işlər naziri Elmar Məmmədyarov İraqda saxlanan Azərbaycan əsilli uşaqların, qadınların işi ilə Xarici İşlər, Daxili İşlər nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olduğunu bildirib.

İraq və Suriyadakı sığınacaqlarda hazırda 100-dən çox Azərbaycan vətəndaşı olan qadın və uşaqların saxlandığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG