Accessibility links

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib


Lightning strikes during a thunderstorm in Montevideo, Uruguay, Feb. 20, 2022.
Lightning strikes during a thunderstorm in Montevideo, Uruguay, Feb. 20, 2022.

Prezident İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytında məlumat yayılıb.

Xəbərdə deyilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunulub, iki ölkənin Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olunub.

Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG