Accessibility links

Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb


Məmməd İbrahim
Məmməd İbrahim

Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalması ilə bağlı verilən vəsatət təmin edilməyib.

Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahimin özü iştirak edib.

M.İbrahimin oğlu Turan İbrahim Amerikanın Səsinə bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Oğlu bildirir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyanın (kəsici-deşici alət) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb.

XS
SM
MD
LG