ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri John Bolton Azərbaycana gəlir.
Bu barədə o, Twitter hesabında yazıb. (https://twitter.com/AmbJohnBolton/status/1050512147657252865)
“Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm. Həmkarlarım və digər yüksəkçinli rəsmilərlə görüşərək bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”, – Bolton yazıb.
Səfərin detalları hələlik açıqlanmyıb.
John Bolton bu ilin martında Donald Trump-ın milli təhlükəsizlik müşaviri elan olunub.
George W. Bush-un administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub. Bolton da Trump kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi və Trump mayda həmin sazişdən çıxdığını elan elədi.