Accessibility links

Dövlət Təhlükəsizlik Xidməti casusluqda ittiham olunan şəxsi tutduğunu bildirir


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkə vətəndaşı-Bahram Hasanzadanın həbs edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun İctimai əlaqələr şöbəsinin məlumatına görə, o, dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkə vətəndaşı Bahram Hasanzadanın həbs edilməsi ilə bağlı məlumat yayıb
Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkə vətəndaşı Bahram Hasanzadanın həbs edilməsi ilə bağlı məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə Hasanzada barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı kəşfiyyat məlumatlarını toplamış, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.

Hazırda araşdırmalar davam etdirilir.

Xəbərdə Bahram Hasanzadanın hansı ölkənin vətəndaşı olduğu və hansı ölkənin xeyrinə casusluq etdiyi barədə məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG