Accessibility links

Nyurnberqdə Azad Həsənovun müdafiəsi ilə bağlı aksiya keçirilib


Nyurnberqdə Azad Həsənovun müdafiəsi ilə bağlı aksiya keçirilib
Nyurnberqdə Azad Həsənovun müdafiəsi ilə bağlı aksiya keçirilib

Müsavat Partiyasının fəalı, hazırda həbsdə olan siyasi mühacir Azad Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı aksiyalara start verilib.

İlk aksiya Almaniyanın Nyurnberq şəhərində keçirilib.

Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) məlumatına görə, aksiyada müxtəlif partiya və təşkilatların üzvləri, eləcə də heç bir partiyanın üzvü olmayan mühacirlər iştirak edib. Aksiyada Azad Həsənova və bütün siyasi məhbuslara azadlıq tələb edilib.

Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Partiya bildirir ki, Azad Həsənov 2003-cü ildən bu qurumun fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir, 2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

Amerika İcmalı

Amerika İcmalı. Moskvada silahlı hücum. Ukrayna ABŞ-dan daha çox yardım istəyir.
please wait

No media source currently available

0:00 0:29:36 0:00
XS
SM
MD
LG