Accessibility links

Polis Müsavat fəalını sosial şəbəkələrdəki statuslarına görə dindirib


Yadigar Sadıqlı
Yadigar Sadıqlı

Müsavat Partiyasının Divanının üzvü Yadigar Sadıqlı noyabrın 1-də Lənkəran rayon Polis Şöbəsinə çağırılıb. Orada müxalifətçini sosial şəbəkələrdə fəallığı və hakimiyyətin ünvanına tənqidləri ilə bağlı dindiriblər. Söhbəti rayon Polis Şöbəsisnin rəis müavini Faiq İlyasov aparıb.

Sadıqlı bildirib ki, onu əvvəllər də polisə çağırıblar və sosial şəbəkələrdə nəşrləri ilə bağlı şifahi xəbərdarlıqlar ediblər.

2013-cü ildə o, xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Amma Sadıqlı və partiyadan olan həmkarları təqibin siyasi motivli olduğunu bildiriblər. "Amnesty İnternational" təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.

2016-cı ilin martında Sadıqlı əvf olunub.

XS
SM
MD
LG