Accessibility links

Norveç Azərbaycanda səfirliyini niyə bağlayır?


Azərbaycan və Norveç bayrağı
Azərbaycan və Norveç bayrağı

Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanması barədə bu ölkə hökumətinin qərarından təəssüfləndiyini bildirib.

"Norveç səfirliyinin bağlanması təəssüf doğurur, lakin Norveç hökumətinin qərarı belədir. Azərbaycan və Norveçi hərtərəfli, isti münasibətlər birləşdirir. Bu ölkənin iri energetika şirkəti "Equinor" (bundan öncə "Statoil" adlanıb) Azərbaycanda 'Əsrin müqaviləsi'nin ilk iştirakçılarından olub” - deyə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib.

Azərbaycan tərəfinin məlumatına görə, Norveç konsulluq fəaliyyəti vasitəsilə Azərbaycanda öz nümayəndəliyini saxlamaq istəyir.

"Bunun fəxri və ya diplomatik konsulluq kimi fəaliyyət göstərəcəyi hələlik dəqiq məlum deyil", - Leyla Abdullayeva qeyd edib.

Eyni zamanda o, cavab tədbiri kimi Bakının İsveç, Norveç və Finlandiyada birgə səfirliyini bağlamaq niyyəti barədə məlumatları təkzib edib.

"Əksinə, Azərbaycanın yürütdüyü aktiv xarici siyasəti və beynəlxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, biz xarici nümayəndəliklərin sayını daha da artırmaq niyyətindəyik", - Leyla Abdullayeva vurğulayıb.

Öz növbəsində Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə Trend-ə müsahibəsində deyib ki, "bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük".

"Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması, ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.

Norveç hökuməti Azərbaycandakı səfirliyini bağlayacaq.

Bu barədə Norveçin Xarici İşlər Nazirliyinin ( XİN) məlumatında bildirilir. Norveç XİN başçısı İne Söreydenin açıqlamasına görə, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.

Norveç, eyni zamanda, Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan İne Söreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Məlumatda yazılıb ki, bu dəyişikliklər 2019-cu ildə reallaşacaq.

Norveçin Azərbaycanda səfirliyi 1998-ci ildə təsis edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG