Accessibility links

Ali Məhkəmə Gözəl Bayramlının həbs müddətini 2 ay azaldıb [Video]


Ali Məhkəmə Gözəl Bayramlının həbs müddətini 2 ay azaldıb
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Noyabrın 14-də Ali Məhkəmə hakim Hafiz Nəsibovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlıya verilmiş üç illik həbs cəzasının iki ay azaldılması barədə qərar çıxardıb.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə qərara əsasən, Gözəl Bayramlıya qarşı CM-in 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

Qərardan əvvəl Gözəl Bayramlının vəkili Elçin Sadıqov çıxış edib.

Vəkil xatırladıb ki, Gözəl Bayramlı dəfələrlə günahsız olduğunu, siyasi fəaliyyətinə görə həbs edildiyini söyləyib.

Müdafiəçinin sözlərinə görə, bu, iş materiallarından da görünür:

"Cinayət işinin materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, Gözəl Bayramlı, hətta Gürcüstanda da olanda izlənilib".

Vəkil bildirib ki, Gözəl Bayramlı 12 min dolları gömrüyə bəyan etmədən qaçaqmal yoluyla keçirməkdə təqsirləndirilir. Amma o, Gürcüstandan qayıdarkən "Sınıq körpü" məntəqəsində heç gömrük postundan keçməmiş saxlanılıb:

"Biz Gözəl Bayramlının həbsinin ertəsi gün istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırdıq. Bir ay sonra cavab gəldi ki, həmin görüntülər saxlanmayıb. Bu iş üzrə məhkəmədə 14 vəsatət qaldırdıq, heç biri təmin olunmadı".

Vəkildən sonra prokuror kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib.

Qısa müşavirədən sonra hakimlər hökmün qismən dəyişdirilməsi barədə qərarı elan ediblər.

Daha sonra isə AXCP üzvləri məhkəmənin qarşısında əllərində “Gözəl Bayramlı Əzənin qarşısında, Əzilənin yanında!” şüarını qaldırıblar

Jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli Gözəl Bayramlının həbsinin siyasi sifariş olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu həbsə görə qınayıb.

Polis fəalların aksiyasına müdaxilə etməyib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanın əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG