Accessibility links

Azərbaycanla Türkmənistan arasında 21 sənəd imzalanıb


Noyabrın 22-də prezident İlham Əliyevin Türkmənistana səfərinin yekunu olaraq iki ölkə arasında 21 sənəd imzalanıb.

Sənədlər Azərbaycanla Türkmənistan arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını, sənaye, nəqliyyat, ticarət, elm, təhsil, mədəniyyət və başqa sahələr üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan prezidenti səfər zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşüb, bir sıra mərkəzlərlə tanış olub.

Azərbaycan-Türkmənistan əlaqələri

Biz hazırda Türkmənistan qazının Cənub Qaz layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq. Maroş Şefçoviç

Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Tarix boyu bu ölkələrin xalqları arasında əlaqələr yüksək olub. Hələ Sovet dönəmində iki ölkə arasında sərnişin gəmiləri işləyib.

Hər iki ölkə müstəqiliyini qazandıqdan sonra 1992-ci il iyunun 9-da diplomatik əlaqələr qurulub.

Mürəkkəb dövr

Ölkələr arasında 2001-ci ildən başlayaraq diplomatik əlaqələr xeyli mürəkkəb olub. Belə ki, Türkmənistan və Azərbaycan Xəzərin hüquqi statusu ilə bağlı dənizin dibinin bölgüsü üzrə fərqli mövqelərdən çıxış edib. Əsas mübahisə mövzusu Azərbaycanın "Kəpəz", Türkmənistanın "Sərdar" adlandırdığı neft yatağı ilə bağlıdır. Türkmənistan yatağın onun ərazisində olduğunu iddia etsə də Azərbaycan yatağın iki ölkənin sərhədində yerləşdiyini bildirir.

Xəzər regionu
Xəzər regionu

Azərbaycan ehtiyatları təqribən 35 milyard dollaradək qiymətləndirilən mübahisəli yatağın birgə işlənməsini təklif edib. Bu təklif də Türkmənistan tərəfini razı salmayıb. Sonda tərəflər dənizin dibinin bölgüsü üzrə iki ölkə arasında razılıq əldə edilənədək Kəpəz yatağında işlərin tam dayandırılması barədə razılığa gəlib. Bu il Xəzərin hüquqi status ilə bağlı dövlətlərarası müqavilə imzalansa da Kəpəz yatağının taleyi hələ də açıq qalır. Hazırda iki ölkə arasında dövlətlərarası komissiya məsələləri müzakirə edir.

Münasibətlərin inkişaf dövrü

2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında görüşdən sonra münasibətlərdə irəliləyişlər qeydə alınmaqdadır. Hazırda Azərbaycan-Türkmənistan arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda göürşlər də keçirilir. İqtisadi və ticarət əlaqələri inkişafdadır. Avropa İttifaqının vasitəçiliyi ilə Türmənistan qazının Azərbaycan ərazisi vasitəsi ilə Avropa bazarlarına çıxarılıması məsəsləsi gündəlikdədir.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

2018-ci il fevralın 15-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclasından sonra keçirilən mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında deyib ki, Türkmənistan hökumətinin rəhbərliyi ilə müntəzəm olaraq görüşlər, müzakirələr keçirilir.

“Biz hazırda Türkmənistan qazının Cənub Qaz layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq. Türkmənistan prezidentinin müşaviri də bugünkü görüşdə iştirak edirdi və biz bu istiqamətdə danışıqlıar apardıq”, o qeyd edib.

Türkmənistan-Azərbaycan əlaqələrini həmçinin Azərbaycanın maliyyə dəstəyi ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu da zəruri edir. Bu yol Avropa və Asiya arasında yüklərin daşınmasında mühüm yerə malikdir. Türkmənistan dəmir yolu vasitəsi ilə həm ticarət əlaqələrini genişləndirməkdə, həm də tranzit ölkə kimi maraqlıdır.

Hazırda rəsmi statistika olmasa da Sovet dövründə, 1995-ci ildə aparılan əahlinin siyahıya alınmasının nəticələrinə görə Türkmənistanda 40 minədək azərbaycanlı yaşayırdı.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG