Accessibility links

Milli Məclis gələn ilin büdcəsini qəbul edib


Milli Məclis
Milli Məclis

Noyabrın 30-da Milli Məclis Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsini qəbul edib.

Parlament dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon, xərclərini 25 milyard 190 milyon, büdcə kəsirini isə 2 milyard 22 milyon manat səviyyəsində təsdiq edib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Habelə, 11 milyard 364.3 milyon manat Neft Fondundan transfer edilməlidir. Bundan başqa, 3 milyard 702.6 milyon manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 785.6 milyard manatı isə başqa gəlirlərlə formalaşdırılmalıdır.

Gələn il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Hazırda dünya bazarında neftin bir bareli 60 dollar civarında satılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG