Accessibility links

Azərbaycan Prokurorluğu Orduxan Temirxan barəsində axtarış elan edib


Orduxan Temurxan
Orduxan Temurxan

Azərbaycan Prokurorluğu Hollandiyada siyasi mühacirətdə olan, Orduxan Temirxan oğlu Bəbirova qarşı cinayət işi açıb. Onun barəsində axtarış elan olunub.

Bu barədə "Azadlıq Radiosu" prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Temirxan barəsində axtarış elan edilməsi qərarı noyabrın 29-da Bakının Nəsimi Rayon Məhkəməsi verib.

Temirxan CM-in 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşların təşkili), 281.2-ci (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildikdə) maddələrlə ittiham edilir.

Baş Prokurorluğun mətbuat xidməti və bloger özü hələlik bu məlumatı şərh etməyib.

Temirxan sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid etməklə məşhurdur. 2017-ci fevralından başlayaraq onun Azərbaycandakı qohumları saxlanılma və inzibati həbslərə məruz qoyulub.

Baş Prokurorluğun mətbuat xidməti və bloger özü hələlik bu məlumatı şərh etməyib.

Orduxan Temirxan ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparıldığını deyib. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamsının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, Səbuhi Zeynalov və Xanlar Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın əsassız olduğunu düşünürlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG