Accessibility links

Açıq Hökumət Tərəfdaşlığı Rəhbər komitəsindən Azərbaycana 5 şərt


Açıq Hökümət Tərəfdaşlığının (Open Government Partnership - OGP) Rəhbər komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşkilatda qeyri-aktiv statusunu saxlayıb.

Açıq Hökümət Tərəfdaşlığının (OGP) Rəhbər komitəsinin məlumatında deyilir ki, son vaxtlar Azərbaycan hökuməti tərəfindən atılan bəzi addımlar, məsələn, QHT-lərin qeydiyyatı üçün yeni elekron xidmət platformasının "vahid pəncərə"nin yaradılması müsbət haldır.

Qurumun dekabrın 5-də keçirilmiş toplantısı ilə bağlı 68-səhifəlik sənəd açıqlanıb. Həmin sənədin 11 səhifəsi Azərbaycana həsr edilib.

Sənəddə OGP-nin Azərbaycanın qurumda saxlanmasından ötrü 2 il ərzində icra edilməli olan 5 şərti sadalanır.

Lakin Standartlar və meyarlar üzrə alt komitənin hələ 2015-ci ildə hakimiyyət qarşısında qaldırdığı və vətəndaş cəmiyyətinin problemlərini əks etdirən əsas məsələlər həll olunmamış qalır.

"Bu səbəbdən Rəhbər komitə aşağıdakı addımlar atılana qədər Azərbaycanın dayandırılmış statusunun uzadılmasını qərara alıb:

I. 2019-cu il martın 1-dək QGP- nin iştirakçılıq və birgə əməkdaşlıq standarlarının minimum tələblərinə cavab verən Yol Xəritəsi hazırlanmalıdır. Yol xəritəsində OGP Forumu üzvlərinin və prosesə cəlb edilmiş digər maraq qruplarının əsas görüşlərinin vaxtı daxil edilməli, Yol Xəritəsi dərc olunmalı və müəyyən edilmiş son müddətədək OGP-nin həmsədrlərinə təqdim olunmalıdır;

II. 2019-cu ilin iyunun 1-dək Azərbaycan OGP prosesinə liderlik etmək üçün nazir və ondan yuxarı səviyyədə nümayəndə təyin etməlidir;

III. 2019-cu ilin iyunun 1-dək Azərbaycan vətəndaş OGP Forumu və onun xaricində fəaliyyət göstərən maraq qruplarının iştirakı ilə əhatəli bir proses vasitəsilə OGP-nin fəaliyyət planının hazırlanmasına başlamalı və yenilənmiş təkliflərə vətəndaş cəmiyyətinə olan məhdudiyyətləri həll etmək üçün islahatlar daxil etməlidir.

IV. 2019-cu ilin dekabr ayının 31-dək Azərbaycan OGP üzrə yekunlaşdırılmış Milli Fəaliyyət Planını başa çatdırmalı, təsdiq etməli və OGP katibliyinə təqdim etməlidir.

V. 2012-ci il avqust ayının 31-dək OGP fəaliyyət planının icrası başa çatdırılmalıdır. Bu planın yerinə yetirilməsi müstəqil icmai mexanizm vasitəsilə qiymətləndiriləcək. Azərbaycan hökuməti 2017-ci ilin sentyabrında irəli sürülmüş tövsiyələrə əməl olunmasına dair sübutları təqdim edənə qədər Azərbaycanın statusunun dayandırılması davam edəcək.

OGP meyar və standartlarına əməl olunduqdan sonra Azərbaycanın aktiv statusu qaytarılacaq.

Hələlik Azərbaycan Rəhbər komitəyə seçkilərdə səs vermək hüququna malik olmayacaq və təşkilatın tədbirlərində müşahidəçi kimi iştirak edə bilər, təşkilatın məlumatında deyilir.

* 2016-cı il mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı Rəhbər komitəsinin iclasında Azərbaycan qurumun tamhüquqlu iştirakçısı statusundan "təşəbbüsün qeyri-aktiv üzvü" statusuna yəni, müşahidəşi ölkə statusuna endirilib.

2017-ci ilin iyununda Açıq Hökumət Tərəfdaşlığında Azərbaycanın qeyri-aktiv statusunun daha bir il uzadılması qərara alınıb, çünki ölkədə QHT-lərin normal işi üçün maneələr aradan qaldırılmayıb.

Bu Komitə 2011-ci il sentyabrın 20-də təsis edilmiş beynəlxalq təşkilatdır. Qurumun məqsədi açıq hökumət ideallarının təsdiq etməkdir: inzibati peşəkarlığın, açıq vətəndaş nəzarətinin inkişafıdır.

Verilən tövsiyələr yerinə yetirilmədiyi təqdirdə ölkə qurumdan birdəfəlik çıxarıla bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG