Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası bir neçə üzvünün istintaqı başa çatıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün də adı keçən cinayət işinin istintaqı başa çatıb.

Bu barədə AXCP-dən bildiriblər.

Məlumata görə, cəbhəçilərə verilən ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib.

Cəbhəçilərin heç bir ittihamı qəbul etmədiyi bildirilir.

axın günlərdə qanunvericiliyin tələbinə uyğun olaraq cəbhəçilər və onların vəkilləri cinayət işi materialları ilə tanış olmalıdırlar. Ardından cinayət işi məhkəməyə göndərilməlidir.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov mayın 25-də həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb edilib. Onların hamısını "çirkli pulların yuyulmasında" ittiham edirlər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

XS
SM
MD
LG